Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Xarici agentlər”
haqqında qanuna görə “Gürcüstana qarşı siyasəti dəyişdirməklə”
hədələyən amerikalı senatorlara sərt cavab verib.
Parlamentin spikeri bildirib ki, ABŞ Milli Demokratiya Fondu
Gürcüstanda konkret olaraq nəyi maliyyələşdirdiyini açıqlamır.
“Konqres və ya Senat müraciət etməkdənsə, Amerika
büdcəsindən Gürcüstana gələn pulların nəyə xərcləndiyini
ictimaiyyətə açıqlamalıdır. Pulların nəyə xərcləndiyi bu günə qədər
gizlədilir və biz təsadüfən onu özümüz tapırıq. Amerika
vətəndaşlarının pullarının partiyaları, radikal və dezinformasiya
qruplarını maliyyələşdirmək üçün dairəvi şəkildə xərcləndiyini
görürük. Nəticədə də bu, Amerikanın Gürcüstana dostluğuna kölgə
saldığını göstərir”, - deyə Ş.Papuaşvili
vurğulayıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.