Milli Ekologiya Agentliyinin məlumatına görə, mayın 2-dək
Gürcüstanın bəzi rayonlarında qısamüddətli yağış yağacağı,
şimşək çaxacağı, mayın 2-dən isə əksər rayonlarda dolunun da
olacağı gözlənilir.
Məlumata görə, havanın temperaturu mayın 2-dən aşağı düşəcək.
Tbilisiyə gəlincə, mayın 2-dək isti və yağmursuz hava şəraiti davam
edəcək, mayın 2-də axşam saatlarında şimşək çaxacağı, qısamüddətli
yağış yağacağı gözlənilir. Mayın 2-dək
havanın temperaturu gündüz
+28, +30 dərəcə isti, mayın 2-də isə +23, +25 dərəcəyədək
enəcək.
"Sahilyanı rayonlarda (Batumi, Kobuleti, Anaklia,
Poti): mayın 2-dək əksər rayonlarda qısamüddətli yağış yağacağı,
şimşək çaxacağı gözlənilir. Mayın 2-də havanın temperaturu gün
ərzində +17, +19 dərəcəyə enəcək.
Qərbi Gürcüstanın aran rayonlarında (Zestafoni, Kutaisi, Samtredia,
Zuqdidi, Martvili, Ozurqeti): mayın 2-dək əksər rayonlarda
qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.Havanın
temperaturu mayın 2-də gün ərzində +19, +21 dərəcəyədək aşağı
enəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri,
Şovi, Çiatura, Saçxere, Xulo): mayın 2-dək əksər rayonlarda
qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın
temperaturu mayın 2-də gündüz +20, + 22 dərəcə isti olacaq.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestiya, Baxmaro): mayın
2-dək bəzi rayonlarda, mayın 2-də isə əksər rayonlarda qısamüddətli
yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Mayın 2-də havanın
temperaturu gün ərzində +15, +17 dərəcəyədək enəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali):
mayın 2-dək bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək
çaxacağı, mayın 2-də bəzi yerlərdə dolu düşəcəyi gözlənilir.
Havanın temperaturu gündüz +25, +30 dərəcə isti olacaq, mayın 2-də
isə nisbətən aşağı enəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli,
Axmeta, Dedoplistskaro): mayın 2-dək əksər rayonlarda qısamüddətli
yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə dolu düşəcəyi
gözlənilir.
Havanın temperaturu gündüz +25, +30 dərəcə isti olacaq, mayın 2-də
isə nisbətən aşağı enəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borjomi, Duşeti,
Tianeti, Pasanauri, Dedoplistskaro): mayın 2-dək əksər rayonlarda
qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə dolu
düşəcəyi gözlənilir. Havanın temperaturu gündüz +23, +28 dərəcə
isti təşkil edəcək, mayın 2-də isə enəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka,
Bakuriani, Qudauri, Omalo, Dedoplistskaro): mayın 2-dək əksər
rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, bəzi
yerlərdə dolu düşəcəyi gözlənilir. Mayın 2-də havanın temperaturu
gündüz +18, +23 dərəcə təşkil edəcək”, - məlumatda
deyilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.