Ayda 9600 lari və daha çox əmək haqqı alanların sayı artıb - PMCG
2024-cü ilin fevral ayında aylıq əmək haqqı alanların sayı artıb. Bu, PMCG araşdırmasında qeyd olunur.

Onların hesabatlarına görə, 2024-cü ilin fevral ayında aylıq əməkhaqqı alanların sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 9,2 faiz artıb.

“2024-cü ilin fevral ayında 0-dan 600 lariyə qədər aylıq əmək haqqı alanların sayı 15,8% təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz bəndi, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 8,7 faiz bəndi azalıb.

2024-cü ilin fevral ayında 2400 lari və daha çox aylıq əməkhaqqı alanların sayı 25,1% təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,1 faiz bəndi, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 9,3 faiz bəndi artım deməkdir.

2024-cü ilin fevral ayında 9600 lari və daha çox aylıq əməkhaqqı alanların sayı 2,3 faiz təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz bəndi, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 0,9 faiz bəndi artım deməkdir”,
- araşdırmada deyilir.

Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print ელ. ფოსტა
FaceBook Twitter Google