Bu ilin I rübündə Gürcüstan Azərbaycandan 178 min ABŞ dolları
dəyərində alüminium və alüminium məmulatlar idxal edib.
Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına görə, bu, ən
azından son 15 ildə eyni dövr üçün ən yüksək göstəricisidir və ötən
ilin eyni dövrünün göstəricisindən 82 % çoxdur.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 30 milyon ABŞ dolları
dəyərində
alüminium və alüminium məmulatlar alıb ki, bu da bir il
əvvəlki göstəricidən 3,4 % çoxdur.
3 ay ərzində Gürcüstan Türkiyədən 19,5 milyon ABŞ dolları,
Rusiyadan 1,7 milyon ABŞ dolları, Çindən 1,6 milyon ABŞ dolları,
İtaliyadan 1,6 milyon ABŞ dolları, Almaniyadan 868 min ABŞ dolları
dəyərində məhsul idxal edib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 139 milyon ABŞ
dolları dəyərində alüminium və alüminium məmulatlar alıb ki, bunun
da 739 min ABŞ dolları Azərbaycanın payına düşüb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.