Bu ilin I rübündə Gürcüstan Azərbaycandan 169 min ABŞ dolları
dəyərində kauçuk və kauçuk məmulatları idxal edib.
Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında
apardığı hesablamalara əsasən, bu, ən azı son 15 ilin ən yüksək
göstəricisidir və 2023-cü ilin eyni dövrünə nisbətən 3 dəfə
çoxdur.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 33 milyon ABŞ dolları
dəyərində kauçuk
və kauçuk məmulatları alıb ki, bu da bir il
əvvəlki göstəricidən 18 % çoxdur. O cümlədən, Gürcüstan Çindən 8,8
milyon ABŞ dolları, Türkiyədən 6 milyon ABŞ dolları, Rumıniyadan
3,6 milyon ABŞ dolları, Yaponiyadan 2,2 milyon ABŞ dolları,
Almaniyadan isə 2,1 milyon ABŞ dolları dəyərində məhsul idxal
edib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 156 milyon ABŞ
dolları dəyərində kauçuk və kauçuk məmulatları alıb ki, bunun da
204 min ABŞ dolları Azərbaycanın payına düşüb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.