Marneuli meriyası “Gənclər Şurası”-nın üzvlərini seçmək üçün müsabiqə elan edib

Marneuli meriyası “Gənclər Şurası”-nın üzvlərini seçmək üçün müsabiqə elan edib.

Bu barədə yerli özünüidarə məlumat yayıb.

“Marneuli meriyasının bazasında, Gənclər Agentliyinin dəstəyi ilə “Gənclər Şurası” fəaliyyət göstərir. Şura yerli özünüidarə tərəfindən qərar qəbuletmə prosesində iştirak edir” – yayımlanmış məlumatda qeyd olunub.

“Gənclər Şurası” 2 il müddətinə seçilir və 16-dan 29 yaşa qədər, Marneuli bələdiyyəsində yaşayan 18
nəfər gənci əhatə edir. Marneuli şəhəri, Sadaxlı, Algeti və Kəpənəkçinin hər bir inzibati vahidliyindən 2 gənc, Marneuli bələdiyyəsinin qalan inzibati vahidliklərindən isə 1 gənc təqdim olunacaq.

Gənclər Şurasının əsas funksiyaları bunlardır:

• Gənclər siyasətinin hazırlanması, monitorinqi, qiymətləndirilməsi;
• Bələdiyyənin büdcə planlaması prosesində iştirak etmək;
• Gənclərin planlaşdırılan tədbirlər və fəaliyyətlər haqqında məlumatlandırılması;
• Gənclərin sosial, ekoloji vəziyyət və insan hüquqları haqqında məlumatlandırılması;

“Əgər yüksək motivasiyan varsa, fəalsansa, güclü analitik bacarıqların, vaxtın, imkanın varsa, bu öz bələdiyyəndə, gənclərin məsələləri üzrə qərar qəbul etmə prosesində iştirak etmək və gənclərin səsini çatdırmaq üçün bir fürsətdir. 17 may tarixinə qədər qeydiyyatdan keç”
- meriya yazır.

Qeydiyyat üçün link:

Gənclər Şurası komissiya tərəfindən təşkil olunacaq. Komissiyanın tərkibində Marneuli bələdiyyəsinin yerli özünüidarəsinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri yer alır.

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google