Gürcüstanın parlament nümayəndə heyəti Azərbaycanın Milli Məclisinin sədri ilə görüşüb
Sahə İqtisadiyyatı və İqtisadi Siyasət Komitəsinin sədri Davit Sonğulaşvilinin rəhbərliyi ilə Gürcüstanın parlament nümayəndə heyəti Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.

Milli Məclisin sədrinin görüşdə qeyd etdiyi kimi, gürcü və Azərbaycan xalqlarının ortaq mədəni dəyərləri var, əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində birgə yaşayıblar və ölkələr arasında münasibətlər məhz bu möhkəm təməl üzərində qurulub.

Görüşdə parlamentlərarası əməkdaşlığın Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli və çoxtərəfli münasibətlərin mühüm tərkib hissələrindən biri olduğu vurğulanıb.

“Milli Məclisin sədri ilə çox mühüm və işgüzar görüşümüz oldu. Görüşdə Gürcüstanla Azərbaycan arasında münasibətlərin strateji əhəmiyyətindən danışdıq. Bugünkü geosiyasi vəziyyətdə regionda birgə həyata keçiriləcək layihələrin, o cümlədən “Orta Dəhliz”in inkişafı və onun potensialından maksimum istifadənin nə qədər əhəmiyyətli olduğu qeyd edilib. Tərəflər iki ölkənin güclənməsinə töhfə verəcək iqtisadi layihələr üzərində birgə işləmək barədə razılığa gəldik” - deyə Davit Sonğulaşvili açıqlayıb.

Gürcüstanın parlament nümayəndə heyətinin tərkibinə daxildir: Aqrar məsələlər komitəsinin sədri Qela Samxarauli, parlamentin üzvləri – Bejan Tsakadze, İrakli Zarkua və Qiorqi Xaxubia.

Görüşdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataridze iştirak edib.

Məlumatı Gürcüstan Parlamentinin mətbuat xidməti yayır.

Mənbə: Birinci Kanal

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google