Marneulidə 3745 ailə yardım alır – yardım alanların sayı hər il artır
Marneulidə yardım alan ailələrin sayı ötən 10 illə müqayisədə rekord göstəriciyə çatıb. Gürcüstan Milli Statistika Xidmətinin 2023-cü ili əhatə edən göstəricilərinə görə, Marneulidə 3745 ailə yardım alır.

Qeyd edək ki, yardım alan ailələrin sayı son 10 il ərzində hər il artır.
  • 2012-ci il – 1 289 ailə
  • 2013-cü il – 1 133 ailə
  • 2014-cü il – 1205 ailə
  • 2015-ci il – 1 195 ailə
  • 2016-cı il – 1 908 ailə
  • 2017-ci il – 2 117 ailə
  • 2018-ci il – 2 199 ailə
  • 2019-cu il – 2 276 ailə
  • 2020-ci il – 2 900 ailə
  • 2021-ci il – 3 495 ailə
  • 2022-ci il – 3 690 ailə
2022-ci illə müqayisədə ötən il həmçinin, sosial paket alanların sayı da artıb. 2022-ci ildə 3320 nəfər sosial paket alırdısa, 2023-cü ildə isə bu göstərici 3452 nəfərə çatıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google