Gürcüstanda və qonşu ölkələrdə orta əmək haqqı nə qədərdir?
Gürcüstanda vergilərdən sonra orta aylıq xalis əmək haqqı 1300 lari təşkil edir. Dünyanın ən böyük məlumat bazası olan Numbeo-nun reytinqində Gürcüstan orta əmək haqqına görə 96 ölkə arasında 71-ci yerdədir.

Müqayisə üçün: reytinqin lideri İsveçrədə orta aylıq xalis əmək haqqı 17 290 lari, ən aşağısı isə Misirdə 345 laridir.

Regionun qonşu dövlətləri arasında Gürcüstan təkcə Azərbaycanı, eləcə də müharibə şəraitində olan Ukraynanı qabaqlayır.

Azərbaycanda orta aylıq xalis əmək haqqı 1141 laridir və ölkə 75-ci yerdə, Ukrayna isə 1038 lari ilə 79-cu yerdədir.

Ermənistan, Türkiyə və Rusiya da orta əmək haqqına görə Gürcüstanı qabaqlayır.

O cümlədən Ermənistanda orta əmək haqqı 1774 lari təşkil edir. Göstəriciyə görə ölkə reytinqdə 55-ci yeri tutur.

Yalnız bir pillə aşağı orta aylıq xalis əmək haqqı 1763 lari olan Türkiyə 56-cı yerdədir.

10 pillə aşağı, Rusiya 66-cı yerdədir, burada orta əmək haqqı 1477 laridir.

Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google