17 may tarixində, “Ailə Müqəddəsliyi Gününə” Marneulidən də
qoşulacaqlar.
Məktəb müəllimlərinin səfərbər edilməsi barədə məlumat yayılıb. Bir
neçə kənddən müəllimlər “Marneuli” radiosu bu barədə məlumatı
təsdiq ediblər, onlardan yürüşə qoşulmağı tələb ediblər.
“Bu gün məktəbdə mənə də dedilər ki, Marneuliyə gedirik
(yürüşə)” – müəllim bildirir.
“Bizim məktəbə hələ zəng vurmayıblar, amma bizim
inzibati vahidliyə daxil olan dörd kəndin məktəbinə
deyiblər” – müəllim deyir.
“Bir az əvvəl müəllimim ilə görüşdüm və dedi ki, bizi
yenə də Tbilisiyə getməyə məcbur edirlər” – yerli
sakinlərdən biri deyir.
Daha bir kəndin sürücüsü də aksiyaya gedildiyini “Marneuli”
radiosuna təsdiq edib.
Marneuli və Hucabi yeparxiyası da Tbilisidə anons edilən yürüşə
qoşulacaq. Onların möminlərə etdiyi müraciətdə deyildiyi kimi,
yürüş Kaşuetidən Sameba kilsəsinə qədər davam edəcək.
“17 may tarixində, Ailə Müqəddəsliyi Günü ilə əlaqədar
Marneuli və Hucabi Yepiskopu Qiorqi (Camdeliani) xeyir-duası ilə,
dindarlar ilə paytaxt Tbilisidə, saat 12:00-da Kaşuetidən Sameba
kilsəsinə gedən yürüşə qoşulacaqlar. Çıxış - Müqəddəs Davit
Ağmaşenebeli adına Katedral Kiləsi, saat
10:30”.
Marneuli kəndlərində kilsə rəhbərləri yürüşdə iştirak etmək üçün
oxşar bəyanat yayıblar.
Gürcüstan hökuməti 17 may tarixini tətil günü elan edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.