Bu ilin I rübündə Gürcüstan Azərbaycana 23,4 min ABŞ dolları
dəyərində qoyun (diri) ixrac edib.
Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında
apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün
göstəricisindən 90 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstanın qoyun ixrac etdiyi ölkələr
sırasında 3-cü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrə 992 min ABŞ dolları
dəyərində qoyun satıb ki, bu da bir il əvvəlki göstəricidən 72 %
azdır. O cümlədən, Qətərə 571 min ABŞ dolları dəyərində və Səudiyyə
Ərəbistanına 396 min ABŞ dolları dəyərində qoyun tədarük
edilib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricə 44 milyon ABŞ dolları
dəyərində qoyun
satıb ki, bunun da 14,9 milyon ABŞ dolları
Azərbaycanın payına düşüb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.