Hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina
İvanişvili bildirib ki, Gürcüstan 2030-cu ildə Avropa İttifaqına
daxil olacaq.
Tbilisidə parlament binası qarşısında keçirilən mitinqdə çıxış edən
İvanişvilinin fikrincə, azad, müstəqil, suveren, vahid və Avropa
İttifaqına inteqrasiya olunmuş Gürcüstan gürcü arzusudur və bu,
mütləq gerçəkləşəcək.
Siyasətçi vəd edib ki, ölkə bütün maneələri dəf edəcək, suverenliyi
möhkəmləndirəcək,
sülhü qoruyacaq, iqtisadiyyatı inkişaf etdirəcək
və 2030-cu ildə Aİ-yə üzv olacaq.
İvanişvili gürcü xalqının özünəməxsus tarixi və adət-ənənələrini
xüsusi qeyd edib və vurğulayıb ki, yalnız bu unikal milli
ənənələrlə Gürcüstanın Avropa İttifaqına daxil olması
məntiqlidir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.