Blinkenin fikrincə, bu qanun "Moskva kitabçasındandır", rus qanununa qarşı tədbirlər görüləcək

ABŞ dövlət katibi Entoni Blinkenin sözlərinə görə, Gürcüstanın qəbul etdiyi xarici “agentlər haqqında qanun”

birbaşa Moskvanın təlimatından köçürülüb.

Entoni Blinken bu gün ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində dinlənilib. Konqresmen Bill Keating dövlət katibinə Gürcüstanda davam edən demokratik geri çəkilmə və mübahisəli qanunla bağlı sual verib.

“Biz qəbul edilən “xarici agentlər haqqında qanun”dan çox narahatıq.
Düşünürəm ki, təəssüf ki, birbaşa Moskva təlimatına uyğundur. Bu, gürcü xalqının əksəriyyətinin Avropa İttifaqına və Avropaya inteqrasiyaya doğru irəliləmək istəyi ilə açıq şəkildə ziddiyyət təşkil edir. Biz buna cavab olaraq nə edə biləcəyimiz üzərində çox işləyirik və mən hərəkətə keçəcəyimizi gözləyirəm. Avropa İttifaqı bu qanunun Gürcüstanın üzvlük prosesinə necə təsir edəcəyini də nəzərdən keçirir. Buna görə də, bu qanunun göstərə biləcəyi təsirə görə [nəticələrin] olacağını gözləyirəm",
- deyə ABŞ dövlət katibi bildirib.

Gürcüstan parlamenti mayın 14-də rus qanununu üçüncü oxunuşda 84 səslə təsdiqləyib. Prezident Zurabişvili qanuna veto qoyub. Bununla belə, “Gürcü arzusu” prezidentin vetosunu aşmaq üçün parlamentdə kifayət qədər mandata malikdir.

 

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!

Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google