Marneulidə Rəsulzadənin 140 illik yubileyi ilə əlaqədar tədbir keçirilib
22 may tarixində Marneulidə fəaliyyət göstərən “Azərbaycan Evi”də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümü ilə əlaqədar olaraq tədbir keçirilib. Tədbir “Azərbaycanın Evi”nin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi ilə keçirilib.

28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü ərəfəsində keçirilən tədbirdə Marneuli bələdiyyə məclisinin üzvləri, Türkiyənin “MAARİF Okulları”nın
Gürcüstan nümayəndəliyinin rəhbəri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

Əvvəlcə M.Ə.Rəsulzadənin və AXC-nin digər qurucularının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

“Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ildə M.Ə.Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi barədə Sərəncam imzalayıb. “Azərbaycan Evi” bu sərəncamı rəhbər tutaraq belə bir tədbir təşkil edib.

M.İmanov müsəlman Şərqində ilk dəfə Azərbaycanda respublikanın yaradılması, AXC-nin qısa bir vaxt ərzində qazandığı uğurlar barədə ətraflı məlumat verib. Bildirib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti bir çox təzyiq və repressiyalara məruz qalsa da, çox şərəfli ömür sürmüşdür.

Daha sonra Gürcüstan Parlamentinin keçmiş deputatları Hidayət Hüseynov və Mahir Dərziyev, “MAARİF Okulları”nın Tbilisi nümayəndəliyinin rəhbəri Ali Sedat Aslan, Azərbaycan dili və ədəbiyyat müəllimi Fatma Əliyeva, ziyalı Səyyad Xəlilov, yazıçı Əli Abbas və digərləri AXC və M.Ə.Rəsulzadə haqqında fikirlərini bölüşüblər.

Tədbirin ikinci hissəsində isə Azərbaycanın milli musiqiləri səsləndirilib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print ელ. ფოსტა
FaceBook Twitter Google