“Gürcüstan-Azərbaycan-Türkiyə üçtərəfli formatda
əməkdaşlıq güclənib”.
Bunu Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze parlamentdə
illik hesabatla çıxışı zamanı deyib.
Tərəfdaş ölkələrlə əməkdaşlıq istiqamətlərindən danışan nazirin
sözlərinə görə, bu əlaqələr Böyük Britaniya, Fransa, Almaniya,
Baltikyanı ölkələr, Skandinaviya ölkələri və Qara dəniz regionu ilə
daha da gücləndirilib.
C.Burçuladze Türkiyənin Gürcüstanın Müdafiə Qüvvələrinin
dəstəklənməsinə yönələn səylərini də qeyd edib.
Nazir
Gürcüstanın və ölkənin Müdafiə Qüvvələrinə səmərəli və
sarsılmaz dəstəyinə görə ABŞ-a təşəkkürünü bildirib.