Müxalif siyasi partiyalar mayın 8-dən 9-na keçən gecə maskalı
insanların ofislərinə plakatlar yapışdırmasını əks etdirən video və
fotomateriallar yayırlar.
“Gecə gec saatlarda “Gürcü arzusu”nun həmvətənlərimizə
qarşı təşkil etdiyi hücumlardan sonra “Axali” partiyasının ofisinə
“Şkoda” markalı avtomobillə gedən DTX-nın maskalı əməkdaşları
mənfur plakatlar asıblar”, - “Axali” partiyası yazıb
və faktı göstərən video yayımlayıb.
Maskalı şəxslər Qirçi-Droanın
ofisinin yaxınlığında da plakatlar
asıblar. Müşahidə kamerasının çəkdiyi şəkilləri Qirçi- Daha çox
azadlıq partiyası öz Facebook səhifəsində yayıb.
“Agentlər”, “millət düşməni”, “agentlərin qərargahı” - rejim rus
qanunlarına zidd olan fəalların evlərinə və avtomobillərinə, habelə
qeyri-hökumət təşkilatlarının və siyasi partiyaların ofislərinə
mayın 8-dən 9-na keçən gecə yazılar və plakatlar qoyub.
Bundan əvvəl, mayın 8-nə keçən gecə onlar aksiya iştirakçılarına,
VMH üzvü Dima Çikovaniyə, Zurab Çaparidzenin qardaşı Qia
Çaparidzeyə və ikitəkərlilər yürüşün təşkilatçılarından biri Laşa
Qvinianidze hücum edərək onlara fiziki təzyiq göstəriblər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.