Gürcüstan təmsilçisi Nutsa Buzaladze “Eurovision”un finalına
yüksəlib.
Bu gün “Eurovision 2024”-ün ikinci yarımfinalı keçirilib və burada
16 ölkənin nümayəndəsi tamaşaçılara özünü təqdim edib. Bu gün axşam
saatlarında Gürcüstan təmsilçisi Nutsa Buzaladze 11-ci yerdə
“Firefighter” mahnısını ifa edib.
Tamaşaçıların qərarına əsasən finala Gürcüstanla yanaşı daha doqquz
ölkə çıxıb: Latviya, Avstriya, Hollandiya, Norveç, İsrail,
Yunanıstan, Estoniya, İsveçrə, Ermənistan.
Builki qaydalara əsasən, yarımfinaldan finala keçidi yalnız
tamaşaçılar həll edir və münsiflər heyəti səsvermədə iştirak
etmir.
Eurovision 2024-ün final yarışmasında 26 ölkə mahnı oxuyacaq.
Bundan ilk on ölkə – birinci yarımfinaldan, ikinci on ölkə isə
bugünkü konsertdən finala yüksəlib, “böyük beşlik” ölkələri və ev
sahibi İsveç isə avtomatik olaraq finala yüksəlib.
Mayın 11-də “Eurovision 2024”-ün finalının yayımı Gürcüstanın
Birinci Kanalı tərəfindən təklif olunacaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.