Üç ayda Gürcüstandan 54 əcnəbi vətəndaş çıxarılıb – qovulanlar arasında hansı ölkənin vətəndaşları çoxluq təşkil edir?
2024-cü ilin birinci rübündə Gürcüstandan 54 əcnəbi vətəndaş çıxarılıb - bu barədə Daxili İşlər Nazirliyinin statistik məlumatında deyilir.

Bu il Gürcüstandan qovulan vətəndaşların sayına görə, İraq 11 vətəndaşla birinci yerdədir. Onu 7 nəfərlə İran izləyir. Ölkə ərazisindən 5 Rusiya, 5 Liviya, 5 Nigeriya, 4 Hindistan vətəndaşı və s. çıxarılıb.

Sənəddən aydın olur ki, ən çox qovulanlar 16-40 yaş kateqoriyasına aiddir və bu rəqəm 24 nəfərdir. Bundan başqa, 4 azyaşlı ölkə ərazisini tərk edib.

Ötən illərə gəlincə, Daxili İşlər Nazirliyinin məlumatına görə, 2023-cü ildə 190, 2022-ci ildə 165, 2021-ci ildə 77 nəfər ölkədən çıxarılıb.

Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google