“Qeyri-hökumət təşkilatlarına ayrılan xarici maliyyənin
90%-dən çoxu faktiki olaraq ölkədə kəşfiyyat şəbəkələrinin
inkişafına sərf olunur”.
Bu barədə hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının
baş katibi, Tbilisi meri Kaxa Kaladze bildirib.
“Son bir neçə həftə bir daha təsdiqləyib ki, QHT-lərə
ayrılan pulun 90%-dən çoxu Gürcüstanda agentlərin gücləndirilməsinə
xidmət edir. Məlum olub ki, guya kənd təsərrüfatına, əlillərin
qayğısına qalmalı olan pulların böyük hissəsi havaya sovrulmayıb.
Bütün QHT-lər ehtiyac duyduqda dərhal mitinqlərə çıxarılaraq milli
maraqlara qarşı çıxdılar”, - Kaladze hakim partiyanın
təşəbbüslərinə, o cümlədən xarici agentlər haqqında qanunun
qəbuluna dəstək mitinqində deyib.
Qeyd edək ki, 29 aprel tarixində Tbilisidə, Rustaveli prospektində
parlament binası yaxınlığında hakim partiya öz təşəbbüslərinə
dəstək aksiyası keçirdi.
Nümayişçilər qarşısında Gürcüstanın baş naziri İrakli Kobaxidze,
partiyanın rəhbəri, keçmiş baş nazir İrakli Qaribaşvili, “Gürcü
arzusu”nun icraçı katibi Mamuka Mdinaradze, eləcə də Gürcüstan
parlamentinin sədri Şalva Papuaşvili çıxış ediblər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.