Tbilisi meriyası “Gürcü arzusunun” mitinqinə gələn sürücülərdən parkinq haqqı almayıb
Tbilisi meriyasının qərarına əsasən, hakim partiyanın - “Gürcü arzusu”nun mitinqinə gələn sürücülər paytaxtda pulsuz parkinqdən həzz alıblar. Bunun üçün xüsusi yerlər ayırıblar - onların arasında avtobus zolaqları və piyada yolları zəbt olunub.

Hakim partiya “Agent qanunu”nu dəstəkləmək üçün bölgələrdən minlərlə insanı yüzlərlə maşında gətirib. Tbilisidə əvvəlcədən alınmış parkinq xidməti olmayan sürücülər bələdiyyə tərəfindən 50 lari cərimə olunurlar.

“Tədbirin miqyasından asılı olaraq müxtəlif təşkilati tədbirlər tələb olunur. Buna uyğun olaraq, toplaşmaq üçün lazımi dayanacaq yerləri əvvəlcədən müəyyən edilib”,
- Tbilisi meriyası AzadlıqRadiosuna bildirib.

Bundan əlavə, bələdiyyənin mətbuat xidməti qeyd edib ki, dayanacaqların qalan hissəsinə “qanunla müəyyən edilmiş qaydalar” şamil edilir.


Dünən, aprelin 29-da Tbilisidə, parlament binası qarşısında hakim partiya “Agent qanunu”na dəstək aksiyası keçirib. Bu, son günlər paytaxtda “Agent qanunu”na qarşı davam edən kütləvi etiraz aksiyalarınq əks aksiyadır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google