Marneulili oxçu qızlar gənclər arasında oxçuluq üzrə Gürcüstan
çempionatında uğurla yarışıblar.
Marneuli İdman Məktəbinin məlumatına görə, çempionatda Tamta
Naveriani və Miranda Saqinadze mükafata layiq yer tutublar.
“Marneuli bələdiyyəsinin İdman Məktəbinin oxçu qızları
çempionatda uğurla çıxış ediblər. 18 yaşa qədər kateqoriyada Tamta
Naveriani (fərdi məşqçisi Eka Abaişvili) turnirin çempionu olub və
qızıl medal qazanıb. Miranda Saqinadze isə (fərdi məşqçisi Qiorqi
Qordeziani) bürünc medal qazanıb”, – Marneuli İdman
Məktəbinin bəyanatında deyilir.
Gənclər arasında oxçuluq üzrə Gürcüstan çempionatı Tbilisi
şəhərində, Tbilisi Oxçuluq Meydançasında, 17-20 may tarixində
keçirilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.