Aspindzada baş vermiş yol nəqliyyat hadisəsi ölümlə nəticələnib
Aspindzada baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində bir nəfər dünyasını dəyişib, bir nəfər isə yaralanıb. Daxili İşlər Nazirliyindən “Interpressnews”a verilən məlumata görə, Onların hər ikisi eyni avtomobildə olublar. Nazirliyin bildirdiyinə görə, yaralı xəstəxanaya aparılıb. Hadisə təxminən 19:30 radələrində baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi ilə istintaq başlayıb. Həmin maddə nəqliyyat vasitəsinin hərəkəti təhlükəsizliyi və ya istismarı qaydalarının insan ölümüylə nəticələnən pozulmasını nəzərdə tutur.

Print ელ. ფოსტა
FaceBook Twitter Google