Kvemo Kartlidə özünütəcrid qaydalarının pozulması faktı qeydə alınıb
"Daxili İşlər Nazirliyi Xəstəliklərə Nəzarət Milli
Mərkəzi ilə birgə apardığı monitorinq nəticəsində Kvemo Kartlidə,
Mtsxeta-Mtianetidə, Acarıstanın regionlarında özünütəcrid
qaydalarının pozulması ilə bağlı 7 nəfəri 3000 lari cərimələyib və
məcburi şəkildə karantinə yerləşdirib" – DİN yazır.
“Bundan əlavə, fövqəladə vəziyyətlə bağlı rejimin pozulması faktına
görə Kaxeti polisi bir nəfəri 3000 lari cərimələyib. Həmin şəxs
qadağaya baxmayaraq mikroavtobusla şəhərlərarası sərnişin
daşıyırmış. Bütün fiziki və hüquqi şəxslər fövqəladə rejimə riayət
etməyə məcburdur. Rejimi pozmaq inzibati məsuliyyətə, eyni hərəkəti
təkrar törətmək isə cinayət məsuliyyətinə səbəb
olur”, — DİN-nin bəyanatında yazılıb.
Marneuli və Bolnisi bələdiyyələtində 23 mart tarixində sərt
karantin rejimi elan olunub. Hökumət bu qərarı Marneulili qadında
koronavirus aşkarlandıqdan sonra verib.
Şəhərə giriş və çıxışa Daxili İşlər Nazirliyi nəzarət edir.