Sabahdan Bolnisinin bir neçə kəndində sərt karantin məhdudiyyətləri ləğv olunur
Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən sabahdan, 19 may tarixindən Bolnisi bələdiyyəsinin bir neçə kəndində sərt karantin məhdudiyyəti ləğv olunacaq.

Karantin rejimi Naxiduri (Arıxlı), Parizi (Muğanlı), Çurtavi (Kolagir), Muxrana (Daşlıqullar), Balaxauri (Siskala), Xidiskuri (Hasanxocalı), Mtsxneti (Əsmələr), kəndlərində və Tamarisi qəsəbəsində ləğv olunacaq.

Haqqında danışlan yaşayış məntəqələrində fövqəladə vəziyyət ilə Gürcüstanın bütün bölgələri üçün nəzərdə tutulmuş digər məhdudiyyətlər qüvvədə qalacaq.

Mənbə: Publika
Print ელ. ფოსტა
FaceBook Twitter Google