Kommunal xərclərin maliyyələşdirilməsi barədə bu mərhələdə müzakirələr aparmırıq – Qaxaria

Baş nazir Qiorqi Qaxarianın sözlərinə görə, kommunal ödənişlərin 3 aydan artıq müddətdə maliyyələşdirilməsi barədə bu mərhələdə müzakirələr aparmırlar.



Onun bildirdiyinə görə, kommunal ödənişlərə subsidiyanın verilməsi insanların cibindən çıxan pulun miqdarının azaldılmasına xidmət edirdi.

“Kommunal ödənişlərə verilən subsidiyalar 3-cü ayında başa çatacaq, davam etdirilməsi barədə isə bu mərhələdə müzakirələr aparmırıq. Hələ görək maliyyə nəticələri necə olacaq. Kredit xidmətləri baxımından davamı olacaq”,
– deyə Qaxaria bildirib.

 

Mənbə: On
Print ელ. ფოსტა
FaceBook Twitter Google