Rusiya Xarici İşlər Nazirliyi, Gürcüstan Xarici İşlər Nazirliyinin
rus mütəxəssislərinin Luqar laboratoriyasına qəbul edilməsi ilə
bağlı verdiyi şərhə cavab verir.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Gürcüstan
tərəfinin ittihamları Kremlin yanlış məlumat verməsi ilə bağlı
təxribatdır və beynəlxalq ictimaiyyətin diqqətini Luqar Mərkəzinin
bazasında davam edən hərbi-bioloji tədbirlərdən yayındırmağa xidmət
edir.
Moskva, Bioloji Silahın Qadağan olunması Konvensiyasının mövcud
mexanizmləri çərçivəsində Luqar laboratoriyasına rus mütəxəssisləri
tərəfindən baxışın keçirlməsinə hazır olmasına görə Gürcüstan
tərəfini alqışlayır. Amma deyir ki, Konvensiya çərçivəsində
“Arbitrajın” həyata keçirilməsinin yeganə vasitəsi üzv ölkələrin
Bioloji Silahların Qadağan olunması haqqında Konvensiyaya aid
istənilən məsələnin həllində əməkdaşlıq etmələridir.
"Bioobyektə rus mütəxəssisləri tərəfindən yalnız bütün
laboratoriyalara (o cümlədən amerikalı mütəxəssislər tərəfindən
məşğul olanlar) daxil olmaq və hər hansı bir sənədə baxmaq üçün
zəmanət verildiyi halda məqsədyönlülük görürük. Məhz belə bir
format real yoxlamanı təmin edə bilərdi. PR kampaniyada iştirak
etməyə hazırlaşmırıq.
ABŞ hərbi qurumlarının bioloqlarının Rusiya hüdudlarına yaxın
ərazidə həyata keçirdikləri fəaliyyətlərin əsl istiqamətlərini
işıqlandırmağı hədəfləyən PR kampaniyasında iştirak etmək
niyyətində deyilik. Səfər ikitərəfli formatda, digər ölkələrin
nümayəndələrinin, habelə beynəlxalq və regional təşkilatların
nümayəndələrinin iştirakı olmadan həyata
keçirilməlidir", – Rusiya XİN-dən bildirilib.
Qurumdan bildirilir ki, 2008-ci ilin 14-15 noyabr tarixlərində
xarici ekspertlər qrupu tərəfindən laboratoriyaya baxış
keçirilməsinin bioloji silahlar haqqında Konvensiyanın yerinə
yetirilməsi ilə heç bir əlaqəsi yoxdur və əsas, Gürcüstanın səhiyyə
sistemində mövcud olan laboratoriyanın amerikalı hərbçilər
tərəfindən nəyə görə maliyyələşdirilməsi sualına heç bir cavab
verilməyib.
Riçard Luqar laboratoriyası dəfələrlə Tbilisidə rus təbliğatının və
yanlış məlumatların hədəfinə çevrilib. Moskva və Rusiya
rəsmilərinin aktorları Luqar laboratoriyasında ABŞ tərəfindən
bioloji silahların yaradılması barədə danışırlar.
Bu il mayın 26-da Rusiya Xarici İşlər Nazirliyi, Moskvanın Luqar
mərkəzinə görə məlumat çatışmazlığından narahat olduğu üçün
Rusiyadan mütəxəssislərin Luqar Laboratoriyasına qəbuluna
Gürcüstanın verəcəyi cavabı gözlədiyini bildirib.
Gürcüstan Xarici İşlər Nazirliyi, Bioloji Silahların Qadağan
edilməsi Konvensiyasının məsul üzvü olaraq, əvvəlki illərdə də,
gələcəkdə də müvafiq təhlükəsizlik laboratoriyalarının
infrastrukturuna səlahiyyətli Rusiya mütəxəssislərini qəbul etməyə
hazır olduğunu bildirib. Bununla birlikdə qurumdan bildirilib ki,
qeyd olunan səfərlər yalnız Konvensiya çərçivəsində mövcud
mexanizmlərə uyğun olaraq edilə bilər.
Gürcüstanda Riçard Luqar İctimai Səhiyyə Tədqiqat Mərkəzinin
inşası, 2004-cü ildə ABŞ və Gürcüstan hökumətləri arasında 1997-ci
ildə imzalanmış çərçivə sazişi və ABŞ Müdafiə Nazirliyi ilə
Gürcüstan Müdafiə Nazirliyi arasında bağlanmış Bioloji silahın
inkişafı ilə bağlı texnologiyaların, patogenlərin və təcrübənin
yayılmasının qarşısının alınması sahəsində əməkdaşlıq haqqında”
2002-ci il müqaviləsi əsasında başlayıb.
Razılaşmaya əsasən, indiyə qədər ümumi dəyəri 350 milyon ABŞ
dolları olan insan və heyvan sağlamlığı və bio-təhlükəsizlik üçün
maliyyə və texniki yardım proqramı həyata keçirilməkdədir. Proqrama
əsasən, ölkədə müasir bio-təhlükəsizlik laboratoriyası şəbəkəsi
yaradılıb.
Riçard Luqar İctimai Səhiyyə Tədqiqat Mərkəzinin sonuncu binası
2013-cü ilin avqust ayında tam istifadəyə verildi. Luqar Mərkəzi
bütün avadanlıqları ilə tamamilə Gürcüstan hökumətinə məxsusdur və
2018-ci ildən etibarən Gürcüstan hökuməti Luqar Mərkəzi və
laboratoriya şəbəkəsini maliyyə cəhətdən tam təmin etməkdədir.