Gürcüstanda bu gündən etibarən bütün növ mağazalar, o cümlədən
"Mall"-ar açılır.
Müvafiq qərar barədə mayın 27-də Koordinasiya Şurasının iclasında
Qaxaria bildirmişdi.
Mağazalar və ticarət "Mall"-arı müvafiq qaydalara riayət edərək
işləməli olacaqlar. Həmçinin, müştərilər belə obyektlərə daxil
olanadək termoskrininqdən keçməli olacaqlar. Vətəndaşın hərarəti
36.9 dərəcəd artıq olmamalıdır. Mall-a daxil olan müştəri müvafiq
müdafiə vasitələrilə təmin olunmalı, qoruyucu maska taxmalıdır.
Vətəndaşlar həmçinin, sosial məsafə qaydalarına da riayət etməli
olacaqlar.
Bununla yanaşı, Səhiyyə naziri tərəfindən ticarət "Mall"-arı və
ticarət mərkəzləri ilə bağlı təsdiq olunmuş tövsiyələrə əsasən,
paltar dəyişmə otaqları ləğv olunmur, amma bu otaqlar iki saatdan
bir dezinfeksiya məhlulu ilə işlənməlidir. Həmçinin, iş gününün
sonunda tam şəkildə dezinfeksiya edilməlidir.
Sənədə əsasən, "Mall"-ın ümumi sahəsində 10 kv m.-ə 1 nəfərin
buraxılmasına icazə verilir. Fərdi sahədən istifadə sahələrində isə
5 kv m.-ə yalnız bir nəfər ola bilər.
Həmçinin, tövsiyələrdə xaricdən daxil olan havalandırma da yer
tutur.
Xatırladaq ki, ticarət mərkəzləri koronavirus pandemiyasına görə
martın 19-dan bağlanmışdı.