"Yeni Gürcüstan" partiyasnın Marneuli rayon təşkilatnın sədri Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb
"Yeni Gürcüstan" partiyasnın Marneuli rayon təşkilatnın rəhbəri Fuad Qəhrəmanov 6 iyun tarixində ifadə vermək üçün Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb. Bu barədə məlumatı "Marneuli" radiosu ilə söhbəti zamanı Fuad Qəhrəmanov verdi. Onun sözlərinə görə, axşam saatlarında DTX-dən ona zəng gəlib və ifadə vermək üçün idarəyə dəvət olunub.

"6 iyun tarixində saat 12:00-da Tblisidə DTX-ya çağırıldım. Səbəbini soruşdum, dedilər ki, N. Nərimanov məsələsi ilə bağlıdır. Mən isə onlara bildirdim ki, vəkilimlə əlaqə saxlayıb, sabah nə vaxt gələcəyim haqda sizə məlumat verəcəm. Vəkillə məsləhətləşdikdən sonra DTX-yə getməyi planlaşdırıram. N. Nərimanovun büstü təmir olunduqdan sonra bu cür hadisələr baş verdi", – Fuad Qəhrəmanov dedi.

Onu da əlavə edək ki, N. Nərimanov məsələsi ilə bağlı sabah Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin Şeyxi və sədri Seyid Mirtağı Əsədov da Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google