Gürcüstanda koronavirusa 8 yeni yoluxma halı aşkarlanıb və sağalanların sayı 23 nəfər artıb
Son 24 saat ərzində Gürcüstanda koronavirusa yoluxma hallarının sayı 8 nəfər artaraq 939 nəfərə çatıb. Bu barədə məlumat hökumət tərəfindən xüsusi yaradılmış stopcov.ge veb saytında yerləşdirilib.

Sağalmış insanların sayı isə 23 nəfər artaraq 817 olub.

Karantin rejimində 3 080 nəfər, stasionar nəzarəti altında 242 nəfər var.

Ölkədə 15 nəfər koronavirusdan dünyasını dəyişib.

Bunlarla yanaşı, 3 Gürcüstan vətəndaşı müalicə üçün xaricdən vətənə qaytarılıb.
Print ელ. ფოსტა
FaceBook Twitter Google