Marneuli meriyası dörd məktəbdə ayaqyolunun qurulması üçün 145 208 lari dəyərində tender elan edib
Marneuli meriyası dörd kənd məktəbində ayaqyolunun qurulması üçün iki tender elan edib.

Meriya ilk tenderə əsasən Şaumyaninin 3 saylı və Ağməmmədli ictimai məktəblərində ayaqyolunun qurulmasına 74 604 lari sərf etməyi planlaşdırır. İkinci tender üçün də Burma və Təzəkənd ictimai məktəblərində ayaqyolunun qurulmasına da eyni məbləğ sərf olunacaq.

Meriya dörd məktəbdə ayaqyolunun qurulması üçün ümumilikdə 145 208 lari dəyərində tender elan edib.

Tender sənədləri hər iki tender üçün demək olar eynidir.

Marneuli meriyası tenderləri 30 iyun tarixində elan edib. İştirak etmək istəyi olan şirkətlər 10 iyul tarixindən 13 iyul tarixində qədər öz təkliflərini təqdim edə bilərlər.

Tender sənədlərinə əsasən qalib şirkət müqavilə bağlandıqdan sonra 50 gün ərzində işləri həyata keçirməlidir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google