Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanın istehkamlarının dağıdılması barədə video yayımladı
13:39 / 14.07.2020
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanata cavab olaraq,
Ermənistan Müdafiə Nazirliyi, Ermənistan Silahlı Qüvvələri
tərəfindən Azərbaycan tərəfin istehkamlarının dağıdılmasının
görüntüləri yayımlayıb.
"Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tavuş
rayonunun sərhəd yaşayış məntəqələrinə artilleriya atəşi açan
Azərbaycan istehkamlarını məhv edir", – deyə
Ermənistan Müdafiə Nazirliyi videoçarxda bildirib.
Azərbaycan Müdafiə Nazirliyi bu gün erməni tərəfində məhv edilmiş
hərbi texnika və qurğular barədə məlumat və video görüntüləri
yayımlamışdı.