Xəbərlər
Qaracalara giriş-çıxış bərpa olunub, bütün məhdudiyyətlər götürülüb
Gürcüstan hökumətinin qərarı ilə Qardabaninin Qaracalar kəndində sərt karantin rejimi aradan qaldırılıb.

Kəndə giriş-çıxış bərpa olunub, sakinlərin sərbəst hərəkətinə icazə verilib.

Qaracalarda əhalinin kütləvi şəkildə tibbi müayinədən keçirilməsi ötən gün yekunlaşdırılıb.

Qeyd edək ki, bu günədək Qardabanidə 71 nəfərdə COVID-19 aşkarlanıb ki, onların da 42-si Qaracalar sakinidir.

Mənbə: NewsBureau
FaceBook Twitter Google
დაიცავი დისტანცია