Xarici işlər nazirinin müavini Laşa Darsalia David Qareci məsələsi ilə əlaqədar dindirilir
Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsalia hazırda Gürcüstan Baş Prokurorluğunda dindirilir.
Əldə edilən məlumatlara görə, Darsaliaya Davit Qareci ilə bağlı suallar verilir.

Xatırladırıq ki, Gürcüstan Baş Prokurorluğu Dövlət Təhlükəsizliyi Xidməti ilə birlikdə Gürcüstan Xarici İşlər Nazirliyinin Qonşu Ölkələr Departamentinin Sərhəd Əlaqələri Xidmətinin rəisi İveri Melaşvili və Daxili İşlər Nazirliyinin Torpaq Sərhədlərini Mühafizə İdarəsinin baş müfəttişi Natalya İliçovanı saxlayıb.

Prokurorluğun məlumatına görə, məhkəmə hesabatında delimitasiya prosesindəki müttəhimlərin 1970-80-ci illərdə çıxarılan xəritələrdə çəkilmiş sərhəd xətlərini rəhbər tutduqları aydın olub. Bu isə ölkənin tarixi sərhədləri ilə, o cümlədən David Qareci ilə əlaqəli məsələdə Gürcüstanın maraqlarına zidd qərarın verilməsinə yol açıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google