Marneulidə “Azadlığın Qanlı Yolu” adlı tədbir keçirildi (VİDEO)
20:41 / 20.01.2021
Bu gün, 20 yanvar tarixində Gürcüstan Azərbaycanlılarının
İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə “20 Yanvar” faciəsinin 31
illiyinə həsr olunmuş “Azadlığın Qanlı Yolu” adlı tədbir keçirildi.
Tədbir “AtaHolding” idman kompleksində baş tutdu.
Anım tədbirini giriş sözü ilə GAİM-in direktoru Rafiq Hümmət
açaraq, hadisə zamanı həlak olanların xatirəsi bir dəqiqəlik
sükutla anıldı. Daha sonra Rafiq Hümmət bildirdi ki, 20 yanvar
təkcə qanlı, faciəli bir gün deyil, eyni zamanda Azərbaycan xalqı
üçün şərəfli bir tarixdir və bu gün qəhrəmanlıq salnaməsi kimi qeyd
olunur.
Tədbirdə çıxış edən ziyalılar və mərkəzin müəllimləri də “20
yanvar” günü baş verən hadisələr haqda iştirakçılara məlumatlar
verdilər. Mərkəzin müəllimləri və şagirdləri də öz təəssüratlarını
bizimlə bölüşdülər.
Tədbirdə ziyalı şəxslər, mərkəzin müəllimləri və şagirdləri,
gənclər və maraqlanan şəxslər iştirak edirdilər.
Tədbir şagirdlərin hazırladığı 20 yanvarla bağlı şeirlər və
çıxışlarla davam etdi.
Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 11-ci
Qızıl Ordunun Bakı şəhərinə hücumu zamanı 146 nəfər öldürülmüş, 744
nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs edilmişdi. Həlak olanlar
arasında qadınlar, uşaqlar, qocalar, həmçinin təcili yardım və
polis əməkdaşları da olmuşdur.
Qeyd edək ki, 20 Yanvar faciəsi zamanı altı nəfər Gürcüstan
azərbaycanlısı da həlak olub.