"Fransada nəqliyyat dayanmadı, amma avtobusların sayı artdı, bizim isə belə imkanımız yoxdur"
Fransada nəqliyyat dayanmadı, amma avtobusların sayı artdı, bizim isə belə bir imkanımız yoxdur - deyə, Xəstəliklərə Milli Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidze, jurnalistin "Heç bir Avropa ölkəsində bələdiyyə nəqliyyatının dayandılımadığı halda, Tbilisidə ictimai nəqliyyatın nəyə görə işləmədiyi" sualına belə cavab verib.

Bu barədə Qamkrelidze "Palitra TV"-də "Polit-şəhər" televiziya proqramında danışıb.

Amiran Qamğrelidzenin fikrincə, pandemiya ilə mübarizənin ən ciddi yolu, xüsusən də aktiv peyvəndləmə başlayanadək hərəkətliliyin azaldılmasıdır. İctimai nəqliyyat da məhz bu səbəbdən dayandırılıb.

“Yazda və payızda da ciddi nəticələr əldə etməyimizdə hərəkətliliyin azaldılması böyük rol oynadı. Tez-tez soruşulur - nədir, korona gecələr yatır? Niyə məhdudiyyətlər var? Ancaq bilinməlidir ki, bu, hərəkətliliyin azaldılmasının yollarından biridir. Görün, Fransa nə etdi? Komendant saatını saat 6-ya çəkdi və beləliklə gündə 12 saat hərəkət məhdudiyyəti tətbiq olundu. Halbuki onlar artıq peyvəndə də başlayıblar, özü də bizdən güclü bir ölkədir, elə deyil?

Tez-tez özümüzü Qərbi Avropa ilə müqaisə edirik. Orada nəqliyyat dayandırılmayıb, ancaq əvəzində avtobusların sayı artırılıb. Həmçinin, bu ölkələrdə nəqliyyatda məsafənin qorunmasına və maskanın taxılmasına təmamilə başqa səviyyədə nəzarət olunur... Ölkəmizin imkanları Fransa və İsveçrənin imkanları ilə eyni deyil. Orada "avtobusda 20 nəfər olmalıdır" deyiləndə, buna əməl olunur, əvəzinə avtobusların sayı artır və nəqliyyat sıx-sıx hərəkət edir. Bunun üçün başqa resurslar lazımdır", –
deyə Qamkrelidze qeyd edib.

Mənbə: BM
Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები