Qardabanidə Xocalı faciəsi yad edilib (VİDEO)
Bu gün, 25 fevral tarixində Qardabanidə Xocalı faciəsi yad edilib. Tədbirdə Xocalı faciəsi ilə bağlı uşaqların iştirakı ilə hazırlanmış səhnəcik nümayiş etdirilib. Səhnəciklər #BEEZFİLM studiyasının yetirmələri tərəfindən hazırlanıb. Tədbir Qardabani Gənclər Mərkəzinin ofisində baş tutub.

Nümayişin sonunda #BEEZFİLM studiyasının yetirmələri olan uşaqlara tədbirdə iştirak etdiklərinə görə, Qardabani Gənclər Mərkəzi tərəfindən təşəkkürnamələr verilib.

Qeyd edək ki, tamaşaya studiyanın rəhbəri Binəli İslamoğlu quruluş verib.

Pandemiyaya görə tədbirə çox insan dəvət olunmayıb. Buna görə də tədbirdə təşkilatın əməkdaşları və səhnəcikləri nümaiş etdirən uşaqların valideynləri iştirak ediblər.


Print ელ. ფოსტა
FaceBook Twitter Google