Gürcüstana koronavirus əleyhinə vaksinin çatdırılması ləngiyir
“COVAX platforması vasitəsilə Gürcüstana koronavirusa qarşı peyvəndin çatdırılması 2-3 həftə gecikir”.

Bunu Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya brifinqdə deyib.

Onun sözlərinə görə, Gürcüstan, Ukrayna, Moldova və Bosniya və Hersoqovina “Pfizer” vaksinini fevral ayının sonunadək əldə etməli idi: “Çatdırılma tarixi bu dörd ölkə üçün təxirə salındı. Biz COVAX-la əməkdaşlığı davam etdiririk və ləngimənin ən qısa vaxt ərzində aradan qaldırılacağını gözləyirik”.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze öz növbəsində bildirib ki, COVAX təsisatına 575 min ABŞ dolları köçürülüb: “Platforma vasitəsilə vaksin Gürcüstana bu ay çatdırılacaq və ölkədə vaksinasiyaya start veriləcək”.
Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google