Son bir ayda ortalama 18 mindən çox test keçirildi – Qamkrelidze yeni koronavirus halları barədə
"Son bir ayda ortalama 18 mindən çox test keçirildi və gördüyünüz kimi, yeni hadisələrin sayı vaxt keçdikcə azalırdı, ancaq bu gün, vəziyyət biraz dəyişdi",- deyə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze Koordinasiya Şurasının iclasından sonra bildirib.

Son 24 saat ərzində 461 yeni koronavirusa yoluxma hadisəsi aşkar edilib. Gündəlik müsbət göstəriciyə gəlincə, 1 mart tarixinə gündəlik müsbət göstərici 2,01%, son 14 gün ərzində 1,78%, 7 gün ərzində isə 1,4% təşkil edib.

Jurnalistin, bunun məhdudiyyətlərin yumşaldılması ilə əlaqəli olub-olmadığı barədə sualına Amiran Qamkrelidze, fevral ayının əvvəlində məhdudiyyətlərin yumşalması ilə əlaqəli olduğunun "istisna edilmədiyi" cavabını verib.

"Ola bilər. İndiki məhdudiyyətlərin deyil, ancaq fevral ayındakı məhdudiyyətlərin yüngülləşdirilməsi ilə əlaqəli ola bilər. Bilirsiniz ki, qərarların təsiri ancaq 2-3 həftədən sonra görünür. Əlbəttə, bu hal istisna olunmur, ancaq bu sadəcə kiçik bir fluktuasiyadır/dalğalanmadır (hər hansı bir böyüklüyün orta dəyərindən təsadüfi çıxması). Bu, böyük bir dalğalanma deyil və bu səbəbdən növbəti yumşalma üçün lazımlı bir müşahidədir. Bu gün Koordinasiya Şurasında müzakirə edilən bu müşahidə təxminən 2 həftə aparıldı. Növbəti yüngülləşdirmələrədək biz vəziyyəti müşahidə edəcəyik və ona uyğun olaraq qərar qəbul edəcəyik"
,- deyə Qamkrelidze bildirib.

Onun sözlərinə görə, ölkədə epidemiya vəziyyəti sabitləşir, lakin koronavirusdan tamamilə xilas olduğumuz illüziyasına qapılmamalıyıq və ən əsası maska taxmaq olmaqla, bütün tövsiyələrə əməl etməliyik.

Mənbə: Publika


Print ელ. ფოსტა
FaceBook Twitter Google