"Vətəndaşlar" partiyasının lideri Aleko Elisaşvili, prezidentin
martın 1-i Prezident Sarayında Çarlz Mişel tərəfindən təşkil olunan
iclasda iştirak etməli olduğunu söyləyib.
O, Prezidentin iclasda iştirak etməməsinin "qəribə, utanc verici
olduğunu" söyləyib.
"Haradasa mehmanxanada bir yerdə görüşmədik ki, prezident
administrasiyasında görüşdük. Bu, Çarlz Mişel tərəfindən çox yaxşı
bir addımı idi, amma prezidentin sarayına getməyimiz və ev
sahibinin orada bizi qarşılamaması çox qəribə idi.
Fikrimcə, Prezident sarayında Prezidentin bizi qarşılamaması çox
yöndəmsiz və izah oluna bilməzdir. Salome Zurabişvilinin
prezidentliyi dövründə həmin binada baş verən ən vacib görüş dünən
gecə baş verdi və o, orada deyildi. Bilmirəm, bəlkə də tez-tez
olduğu kimi yenə "salobio"-da idi. Yox idi, olsaydı yaxşı
olardı",- deyə Elisaşvili qeyd edib.