Mübahisə yaralanma ilə nəticələnib
Daxili İşlər Nazirliyinin İmereti, Raca-Leçxumi və Kvemo Svaneti Polis Departamentinin Dğibuli Rayon İdarəsinin əməkdaşları, Tbilisi Polis Departamentinin Qldani-Nadzaladevi Baş İdarəsi ilə aparılmış əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində keçmişdə məhkum olmuş 1970-ci il təvəllüdlü K.R.-nı hakimin qərarı əsasında saxlayıblar.

O, ağırlaşdırılmış şəraitdə qəsdən öldürməyə cəhd etməkdə ittiham olunur.

Törədilmiş cinayətə görə 11 ildən 14 ilədək həbs cəzası nəzərdə tutulur.

Aparılan istintaq nəticəsində təqsirləndirilən şəxsin bu il iyulun 7-də Dğibulidə, Qelati küçəsində baş vermiş mübahisədən sonra tanışı - 1987-ci il təvəllüdlü A.P.-nı ov tüvəngindən açdığı atəş nəticəsində yaraladığı müəyyənləşdirib. Bundan sonra K.R. 1974-cü il təvəllüdlü dostu Z.S-nin idarə etdiyi avtomobillə hadisə yerindən qaçıb.


Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები