"Pfizer" ilə peyvəndə 16 yaşından etibarən icazə verilir - protokol dəyişikliyi

Yenilənmiş peyvənd protokoluna əsasən, "mRNA" ilə peyvəndləmə 16 yaşından etibarən həyata keçiriləcəkdir.



Bu mərhələdə, hazırda Gürcüstanda mövcud olan "Pfizer" istehsalı ilə pəyvəndləmə həyata keçiriləcək.

Protokola görə, peyvənd kursu 2 iynədən ibarətdir və peyvəndlər arasındakı fasilə ən azı 21 gündür.

Dəyişiklik Milli Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Amiran Qamkrelidze tərəfindən 14 iyulda elan edilib.

Qamkrelidze daha sonra 16 yaşdan yuxarı insanların növbəti peyvənd partiyası gəldikdən sonra "Pfizer ilə peyvəndləmənin baş tutacağını bildirib.

Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google