Tianetidəki cinayətə görə bir nəfər saxlanılıb
Tianetidə cinayəti törədən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mtsxeta-Mtianeti Polis İdarəsinin əməkdaşları tərəfindən 1995-ci il təvəllüdlü B.X. qəsdən adam öldürmək ittihamı ilə həbs edilib.

Qurumdan verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, mübahisə zəminində 1959-cu il təvəllüdlü K.Ç.-ya bıçaqla xəsarət yetirib. Yaralanan şəxs yerindəcə dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətin silahını - sübut kimi bıçağı götürüblər.

Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 108-ci maddəsi ilə istintaq aparılır.

Törədilmiş cinayətə görə 7 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulur.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია