Stoltenberqin xüsusi nümayəndəsi Tbilisiyə gəlir
NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Havyer Kolomina Cənubi Qafqaza səfər edəcək.

Səfər 19-20 oktyabrda gerçəkləşəcək.

"Növbəti həftə Qafqaza ilk səfərimə hazırlaşıram. Yeni təyin olunduğum NATO-nun Qafqaz və Mərkəzi Asiyadakı xüsusi nümayəndəsi vəzifəsində NATO-nun Qafqazda iştirakını genişləndirməyin yollarını müəyyənləşdirmək məqsədilə Azərbaycan, Gürcüstan, Ermənistana səfər edəcəyəm”, - Kolomina bildirib.

Qeyd edək ki, Kolomina bu vəzifəyə cari ilin sentyabrında təyin edilib. O, bu vəzifədə Ceyms Appaturayı əvəz edib.

Mənbə: report.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google