Maska taxmaq uşaqların sağlamlığı üçün zərərlidirmi - Bidzina Kulumbeqovun açıqlaması
Allergoloq-immunoloq Bidzina Kulumbeqovun sözlərinə görə, məktəbin təhlükəsizliyi üçün müəllimlərlə yanaşı valideynlərin də peyvənd olunması vacibdir.

"Bunun nələrə səbəb ola biləcəyini dərk edə bilmirik. Uşaqlar sosial ünsiyyətdən məhrum qalırlar. UNICEF də dövlətlərdən ilk olaraq məktəblərin açılmasını və son olaraq məktəblərin bağlanmasını xahiş edir. Bizdə isə paradoks yaranmışdı, restoranların açıq idi, məktəblər isə bağlı. Heç bir ayrı-seçkilik olmayacaq, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi harada daha çox valideynlərin peyvənd edildiyini müəyyənləşdirəcək və bu cür uşaqların onlayn tədrisinə icazə verilməlidir. Burada həvəsləndirici bir faktor olmalı və bununla da peyvənd prosesinə kömək edərək valideynlərin motivasiyası artırılmalıdır. Yalnız müəllimlərin peyvənd edilməsi kifayət deyil. Bu uşaqlar valideynlərinin və nənə-babalarının peyvənd olunmadığı evlərdən gəlirlər",
- deyə Kulumbeqov açıqlama verib.

O, maskadan istifadə etməyin zəruriliyindən də bəhs edib, maskanın uşaqların və böyüklərin sağlamlığı üçün təhlükə yaratmadığını vurğulayıb.

“Uşaqların maska taxması zərərli deyil. Karbondioksidin molekulyar ölçüsü ilə maskanın ölçüsünün uyğun gəlmədiyi elmi olaraq sübut edilmişdir. Karbon dioksid molekullarından heç biri bizə qayıtmır. Uşağın sağlamlığına zərər vermir. Kovid maskadan daha təhlükəlidir",
- deyə Bidzina Kulumbeqov, "Imedi TV"-yə açıqlamasında bildirib.

Mənbə: report.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google