"ABŞ Gürcüstanın Cənubi Qafqazda Dinc Qonşuluq
Təşəbbüsünü qətiyyətlə dəstəkləyir".
Bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David
Zalkaliani deyib.
Onun sözlərinə görə, ABŞ-ın müdafiə naziri Lloyd Austin Gürcüstan
Baş nazirinin regionda dayanıqlı sülhün qurulmasında bilavasitə
oynadığı rolu xüsusi minnətdarlıqla qeyd edib.
D.Zalkaliani deyib ki, bununla bağlı ABŞ tərəfi Gürcüstan
hökumətinin Azərbaycan və Ermənistan arasında vasitəçilik
prosesində iştirakının vacibliyini vurğulayıb.
Mənbə: report.az