ABŞ-ın müdafiə naziri Gürcüstanın sülh platforması təşəbbüsü barədə məlumatlandırılıb
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə rəsmi səfərdə olan ABŞ-ın müdafiə naziri Lloyd Austini qəbul edib.

Bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.

İ. Qaribaşvili ABŞ-ın Gürcüstan üçün sadiq müttəfiq olduğunu qeyd edib.

Baş nazir regionda sülh və etimadın bərpa edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, ABŞ-ın yaxın dəstəyi ilə Ermənistan və Azərbaycan arasında Gürcüstanın vasitəçilik səyləri nəticəsində əldə edilən razılaşma regional dialoqa təşviq edir və təhlükəsizlik mühitini inkişaf etdirir.

Hökumət başçısı ABŞ-ın müdafiə nazirinə Gürcüstanın yeni sülh platforması təşəbbüsü - “Cənubi Qafqaz Dinc Qonşuluq Təşəbbüsü” barədə məlumat verib.

Mənbə: apa.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google