Gürcüstan parlamentində Azərbaycanla dostluq qrupuna 38 deputat
əlavə olunub.
Bununla bağlı qərarı qanunverici orqanın plenar iclasında 94
deputat dəstəkləyib.
Qərarla qrupda təmsil olunan parlament üzvlərinin sayı 77-yə
çatıb.
Qeyd edək ki, Xarici əlaqələr və Regional siyasət komitələrinin
sədrləri Nikoloz Samxaradze və Sozar Subari, azərbaycanlı
deputatlar - Zaur Darğallı, Savalan Mirzəyev və Abdulla İsmayılovun
da təmsil olunduğu qrupa vitse-spiker Arçil Talakvadze rəhbərlik
edir.