Koronavirusun ziyan vurduğu arıçılıq
İsmayılovlar ailəsi onillərdir arıçılığı davam etdirirlər. İndiki mərhələdə ailə 70 arı ailəsinə qulluq edir. Baxmayaraq ki, son iki il ərzində bal satışı hiss olunacaq dərəcədə azalıb, İsmayılovlar arı ailəsinin sayını 100-ə qədər artırmağı düşünürlər.

Koronavirus pandemiyasına görə, sərhədlər bağlanan zaman ailə gəlir mənbəyini itirib.

“Bizim müştərilər əsasən Bakıdan gəlirdi. Sərhədlər bağlandığına görə, gələ bilmirlər və iki ildir ki, balımız satılmır”, – İsmayıl İsmayılov bildirdi.

Daha ətraflı↓


Mercycorps-un Qafqaz Alyansları Proqramının Qərbi Gürcüstan üzrə koordiantoru Lela Putkaradze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, 2020-21-ci illərdə Gürcüstandan xaricə bal satışı əhəmiyyətli dərəcədə artıb.

“2020-21-ci illərdə bal ixracı əhəmiyyətli dərəcədə artıb. 2017-ci ildə Gürcüstandan bal ixracı 2,2 ton idi. 2019-cu ildə aktivlik başladı və bir neçə şirkət bal apardı, ixrac 6,7 tona qədər artdı. 2020-ci ildə, pandemiya başladı və real olaraq müxtəlif sektorlarda problemlər yarandı. Bal sektorunda ixracın artmasını görürük və bu artım 21, 7 tona qədər oldu. 2021-ci ildə artım əhəmiyyətli dərəcədə hiss olundu. Belə ki, bu dövr ərzində Gürcüstandan 106,6 ton bal ixrac edilib”.

Lela Putkaradzenin sözlərinə görə, ölkədən davamlı şəkildə bal aparan şirkətlərin sayı da artıb. Ancaq o, bildirdi ki, adi kiçik arıçıların şəxsi vəsaitləri ilə ixraca bal çıxarmaq imkanı yoxdur.

“Bal toplayan şirkətlər də var. Onlar kiçik arıçılardan bal toplayırlar. Araşdırmalardan sonra isə həmin toplanmış balı xaricə aparırlar. Balı ixracı yalnız belə mümkündür”.

Putkaradzenin sözlərinə görə, Gürcüstandan balın satışının hər il artması faktı kiçik arıçılara da müsbət təsir göstərəcək. Çünki onlar üçün məhsullarını Gürcüstan bazarına çıxarmaq daha asan olacaq. Çünki böyük arıçılar öz məhsullarını az-çox xaricə çıxarırlar.

Print ელ. ფოსტა
FaceBook Twitter Google