“Gürcüstanda koronavirusa yoluxanların 15 %-ni
yeniyetmələr təşkil edir”.
Bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli
Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.
Onun sözlərinə görə, COVID-19 infeksiyası 18 yaşadək olan 103 927
uşaq və yeniyetmədə aşkarlanıb:
“Onların 6 979-u
xəstəxanaya yerləşdirilib və təəssüflər olsun ki, uşaqlar arasında
9 ölüm faktı qeydə alınıb. Üç körpəni saymasaq, bütün digər
hallarda müşayiətedici ağır genetik xəstəliklər
olub”.
Qeyd edək ki, Gürcüstanda indiyədək koronavirus 698 944 nəfərdə
aşkarlanıb. Onların 639 564-ü sağalıb, 9 831-i isə vəfat edib.
Mənbə: report.az