Gürcüstanda gücləndirici doza ilə peyvənd olunma intervalı 6 aydan 5 aya endirilib

Gürcüstan Səhiyyə nazirinin əmrinə əsasən, gücləndirici (buster) doza ilə peyvənd olunma müddəti 6 aydan 5 aya endirildi.



Sənədə əsasən, Pfizer/BioNTech gücləndirici peyvənd dozası ilkin peyvəndin vurulmasından ən azı 5 ay keçdikdən sonra vurulmalıdır və bu müddət ikinci peyvənd dozasının vurulmasından hesablanmalıdır.
Qurum, eyni və ya fərqli peyvəndin gücləndirici doza kimi istifadə oluna biləcəyini söyləyir.

Covid-19 inaktivləşdirilmiş peyvəndləri (Sinovac, Sinopharm) ilə peyvənd edilmiş şəxslər üçün peyvəndin ilkin kursunun başlamasından ən azı 3 ay sonra gücləndirici doza verilməlidir.

12-15 yaşlı böyüklər üçün ilk dozadan sonra 3-12 həftəlik fasilələrlə Covid-19 əleyhinə Pfizer-BioNTech peyvəndinin ikinci dozasının tətbiqi tövsiyə olunur.
Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია